Şəmkirdə 28 yaşlı gənc oğlan xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib
Belə ki, rayon sakini 1997-ci il təvəllüdlü O. Cəmilli kəsici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxs hərbçidir, o, 4 gündür məzuniyyətə gəlibmiş.
Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Fakt araşdırılır.
Tural Əhmədov