İyulun 29-da gecə saatlarında Astarada Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirilməsi məlum olub. 

"Unikal"ın məlumatına görə, rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən müəyyən olunub ki, onu yaşadığı evdə gəlini, 2004-cü il təvəllüdlü Rufanə İmanova ailə münaqişəsi zəminində kəsici alətlə qətlə yetirib. 

R.İmanova saxlanılaraq istintaqa təhvil verilib.

Xəlil Əliyev