Xəbər verdiyimiz kimi, avqustun 1-də gecə saatlarında Ağstafa rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətininin regional qrupundan "Unikal"a bildirilib ki, qəzada xəsarət alan, 2004-cü il təvəllüdlü rayon sakini Elgün Valeh oğlu Fəziyev xəstəxanaya aparılarkən yolda vəfat edib.
Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus “Mercedes” avtomobli idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi Daxili İşlər Orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılaraq həbs edilib.
Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.
*** 10:34
"Unikal" ötən gün avtomolilin vuraraq öldürdüyü 2004-cü il təvəllüdlü E.Fəziyevin fotosunu təqdim edir.
***
Ağstafada piyadanı maşın vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında baş verib. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü E.Fazıyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, E.Fəziyev bir neçə gün əvvəl hərbi xidmətdən gəlibmiş.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov