Gəncədə piyadanı avtomobil vurub, vəziyyəti ağırdır.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.. Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2012-ci il təvəllüdlü A.Zeynallını maşın vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov