Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, B.Babayeva 62 yaşında uzunsürən xəstəlikdən sonra vəfat edib.
Mərhum Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.