03.08.2025-ci il tarixində saat 18:45 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3-ü kişi, 2-si qadın cinsli olmaqla) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, xəsarət alanlardan biri azyaşlıdır.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin olunub.

İlkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

İxtisaslı tibbi xidmətin göstərilməsi üçün 3 nəfər Abbas Səhhət adına Gəncə Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Tural Əhmədov