Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan öz Facebook səhifəsində amerikalı müğənni Cennifer Lopezə İrəvanda çıxışı üçün dövlət büdcəsindən 6 milyon dollar ayrılmasını konstitusiyaya zidd adlandırıb.
"Unikal" xəbər verir ki, siyasətçinin sözlərinə görə, dövlət korrupsiya riskləri yüksək olduğuna görə sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, amma estrada ulduzunun konsertinə biletlər satılıb.
Keçmiş baş nazir hesab edir ki, "Büdcə pulu bütün cəmiyyətə məxsusdur və çox məhdud sayda vətəndaşlar konsertə qatılır. Bu işlə prokurorluq və antikorrupsiya orqanları məşğul olmalıdır".
O əlavə edib ki, respublikanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və maliyyə naziri Vahe Hovhannisyan belə bir konsertin keçirilməsinin əsasları barədə ifadə verməlidirlər.