ABŞ prezidenti Donald Tramp müəyyən etdiyi müddətdə Ukraynada atəşkəs əldə olunmasa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, o, Rusiyanın bu sanksiyalardan yayınmaqda mahir olduğunu da qeyd edib.

"Sanksiyalar qüvvədə olacaq, lakin belə görünür ki, Rusiya onlardan qaçmaq üçün kifayət qədər yaxşı iş görür.Onlar hiyləgərdirlər, ağıllı və bacarıqlıdırlar və sanksiyalardan yayınmaqla xilas olurlar, ona görə də bunun necə nəticələnəcəyini görmək lazımdır", - ABŞ lideri ifadə edib. 

Gülayə Mecid