Rusiya və İranın Xəzər adlı qatarı
13:34 13-09-2013
İQTİSADİYYAT
Rusiya və İranın Xəzər adlı qatarı
Son dövrlərin qafqaz və xəzər dənizi ilə bağlı geopolitik durumuna diqqət yetirdikdə, regionun iqtisadi-siyasi taleyi ilə bağlı qeyri loyal qərarları ilə gündəmdə qalan Rusiya və İranın siyasi xəttində bir qədər yumşalma hiss olunur. Məsələn gələn ilin birinci yarısında beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir.
Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı bu görüşdən müsbət nəticələrin həlli gözlənilir. Politoloqların fikirincə, İran və Rusiya acı bağırsaq kimi uzanan Xəzərin hüquqi statusu ilə bağlı loyal mövqe nümayiş etdirməlidir. Əslində siyasi şərhçilərin bu proqnozu özündə reallığı əks etdirir. Son dövrlərin siyasi proseslərinə nəzər yetirdikdə görünən odur ki, istər İranın, istərsədə Rusiyanın yeni siyasi iqtidarı qonşuluq siyasətinə daha həsas yanaşır. İki böyük dövlətin məsələyə bu cür həsas yanaşmasının yalnız bir yolu var. Artıq 2 ildir ki, yaxın şərqdə qaynayan qazanın istisinə yanmamaq. Qeyd edim ki, bu iki il müddətində İran və Rusiya ardıcıl olaraq yaxın şərqdə güc itirdi. Haqqında bəhs etdiyim bu güc onların regiondakı nüfuzlarıdır. Güclərini Misir, Tunis, Liviya şəkilində itirən rəsmi Moskva və Tehran hazırda Suriyada tutunmağa çalışır. Fikirimi daha qısa nəql etsəm tədricən yaxın şərqdən uzaqlaşan hər iki imperiya bütün potensiallarını Xəzər regionuna və daha çoxda qafqaza yönəldirlər. Məsələnin maraqlı tərəfi isə budur ki, Həsən Ruhani və Vladimir Putin prezidenti olduqları dövlətin xarici siyasətində yenilik edirlər. Yenilikləri isə ondan ibarətdir ki, onların artıq hərbi gücə yox diplomatik variantların nümayişinə üstünlük verirlər. Bu diplomatik fəallıq artıq özünü region ölkələrinin çıxışlarında da göstərir. Məsələn Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay qeyd edib ki, görüş Rusiyada baş tutacaq. Bu görüşdə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün nazirlər səviyyəsində müzakirələrin keçirilməsi vacibdir. Bu görüş 2014-cü ildə Rusiyada keçirilməsi planlaşdırılan növbəti Xəzər sammitinə hazırlıq prosesində mühüm mərhələ olacaq. Bu bəyanatdan da göründüyü kimi İran və Rusiya xəzərdə bu günə kimi itirdikləri vaxtın onların əlehinə işlədiyinin fərqinə varıblar. Bundan sonra isə buraxılan səhvin həlli üzərində çalışmalarına qərar veriblər. Son dövrlər Azərbaycanın Xəzər hövzəsində təhlükəsizlik tədbirlərinin gücləndirməsi qonşu Rusiya və İranda narahatlıq yaradıb. Rəsmi Bakının İsraillə hərbi əməkdaşlığı və Xəzərdə radar izləmə sistemini qurması Rusiya kimi İranında narahatlığına səbəb olub. Heç təsadüfü deyil ki, Putinin Azərbaycana səfəri zamanı Xəzərin təhlükəsizliyi ilə bağlı məsələyə daha çox diqqət yetirdi. Rusiya hərbi donanmasının Xəzərin Azərbaycan sektorunda nümayişidə adi bir hadisə deyildi. Dünyada baş verən siyasi proseslər Azərbaycanı xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələdə diktələrə qulaq asan tərəf yox, şərtlərlə çıxış edən gücə çevirir. Digər sahilyani ölkələrdən fərqli olaraq Azərbaycan Rusiya və İranın maraqlarına münasibət bildirmək gücünə malikdir. Rusiya və İranın onların stansiyasından gedə biləcək Xəzər adlı qatara gecikməməkdir.
Sübhan Kamiloğlu
Digər Xəbərlər
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58