ABŞ prezidenti Donald Tramp bildirib ki, vitse-prezident J.D.Vens qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasından ən çox ehtimal olunan namizəddir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.
Məlumata görə, Trampın fikrincə, respublikaçıların gələcək namizədi haqqında danışmaq hələ tezdir, lakin ən çox ehtimal olunan varis Vensdir.
"Prezident onu favorit adlandırıb və onun əla iş gördüyünü vurğulayıb.Eyni zamanda Tramp qeyd edib ki, respublikaçılar arasında dövlət katibi Marko Rubio da daxil olmaqla, başqa namizədlər də var", - KİV-də qeyd olunub.
Gülayə Mecid