Gəncə sakini başından küt alətlə xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Səfəvilər küçəsi ərazisində qeydə alınıb.1984-cü il təvəllüdlü Z.Abdullayev kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 41 yaşlı Z.Abdullayevə tanıdığı şəxs tərəfindən küt alətlə xəsarət yetirilib.
Fakt araşdırılır.
Tural Əhmədov