Rusiya və ABŞ yaxın günlərdə iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş təşkil etmək barədə razılığa gəliblər.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlama verib.
"İndi amerikalı həmkarlarımızla birlikdə konkret işə başlayırıq", - Uşakov bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə “çox yaxında” danışıqlar aparmaq niyyətində olduğunu qeyd etmişdi.
Gülayə Mecid