Braziliya polisi ölkə tarixində ən böyük qızıl qaçaqmalçılığı əməliyyatını həyata keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dəbdəbəli həyat tərzi ilə tanınan sosial media simalarından Suzy Alencarın avtomobilindən 103 kiloqram qızıl zibil aşkarlanıb. Qızılın hazırkı bazar dəyəri təxminən 11 milyon dollar qiymətləndirilir.
Belə ki, Suzy Alencar və əri Bruno Mendes de Jesus işıqforun qırmızı işığında polis tərəfindən saxlanılıb. İlkin axtarış zamanı avtomobildə az miqdarda qızıl aşkar edilib. Bununla belə, polis avtomobilin digər bölmələrdə gizlədilmiş çoxsaylı qızıl külçələri aşkar edib.
Braziliyanın Federal Yol Polisi (PRF) bu əməliyyatın ölkə tarixində ən böyük qızıl müsadirəsi olduğunu bildirib. 30 yaşlı Bruno hadisə yerində həbs edilib və polisə ifadə verməkdən imtina edib. Suzy Alencar qısa müddətə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ona ittiham irəli sürülməyib.
Polis ələ keçirilən qızılların mənbəyini və cinayətkar təşkilatlarla mümkün əlaqələrini araşdırır.
Suzy Alencar sosial mediada analıq, moda və gündəlik həyat haqqında videolar paylaşaraq böyük bir izləyici kütləsinə sahibdir.
Seymur Əli