Tovuzda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində baş verib. Sözügedən kənddə bələdiyyəyə məxsus ərazidə olan yerdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı kol-kos və bir neçə şam ağacları yanıb. Yanğın söndürülüb, yaxınlıqda olab qaz xətti, evlər və orta məktəbinin binası yanğından mühafizə edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov