Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İki ölkə liderləri Ukraynada sülhün əldə olunması problemlərini müzakirə ediblər. Tokayev qeyd edib ki, ərazi məsələsi çox vaxt atəşkəs üçün keçilməz maneəyə çevrilir.

"Lakin indi əsas prioritet Ukraynanın təhlükəsizliyinin sarsılmaz beynəlxalq təminatları əsasında Ukrayna dövlətçiliyinin qorunub saxlanılmasıdır", - deyə Qazaxıstan prezidenti bildirib.