Yaponiyanın cənub-qərbində güclü yağışların təhlükəli sürüşmələrə səbəb olması nəticəsində bir neçə nəfər itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Kumamoto prefekturasının Kosa şəhərində ailəsi ilə birlikdə evakuasiya edən kişi avtomobilinin sürüşməsi nəticəsində itkin düşüb. Digər 3 sərnişin isə xilas edilib.

Həmçinin prefekturada torpaq sürüşmələrinin evləri və avtomobilləri uçurduğu barədə məlumatlar var .