Yeni Zelandiyada təsadüfən tapılan və araşdırma nəticəsində nəsli kəsilmiş huia quşuna aid olduğu müəyyən edilən lələk hərracda rekord qiymətə satılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərracda təqdim olunan, ölçüləri 205x45 mm olan tük 28 min 417 Yeni Zelandiya dollarına alıcı taparaq “dünyanın ən bahalı tükü” adına sahib olub.
Böyük, qara rəngli ötücü quşlar kimi tanınan huia növü sonuncu dəfə 1907-ci ildə görülüb. Bir zamanlar populyasiyası təxminən 89 minə çatan bu quşlar, yırtıcı heyvanların hücumları və insanların ovlaması nəticəsində yoxa çıxıb. Onların ovlanmasının əsas səbəblərindən biri həm kolleksiyaçılar, həm də moda tacirləri üçün yüksək dəyərə sahib olması idi.
Huia tükləri Yeni Zelandiyanın yerli Maori xalqı üçün müqəddəs sayılır, ən yüksək rütbəli şəxslərin baş geyimlərində qürurla nümayiş etdirilirdi.
Hərracda tükün 3 min dollara qədər satılması proqnozlaşdırılsa da, qiymət təxminən 10 dəfə artaraq rekord vurub. Beləliklə, lələyi yolda tapan şəxsi varlandırıb.
Çəkisi təxminən 9 qram olan huia tükü, qram dəyərinə görə qızıldan belə baha qiymətləndirilib. Onun dəyəri, hazırkı qram qızıl qiymətini geridə qoyub.
Gülayə Mecid