Balıkesirdə bir neçə gün əvvəl 6,1 bal gücündə zəlzələ baş verən zəlzələdən sonra afterşoklar davam edir.

"Unikal" xəbər verir ki, Sındırqıda 4 və 3,6 bal gücündə ardıcıl iki zəlzələ baş verib.

Saat 18:07-də Sındırqıda 4 bal gücündə zəlzələ baş verib. AFAD (Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi) zəlzələnin 6,52 kilometr dərinlikdə baş verdiyini bildirib. Saniyələr sonra Sındırqıda 3,6 bal gücündə zəlzələ baş verib. Bu zəlzələnin ocağı 7,23 kilometr dərinlikdə yerləşib.