Volqoqrad vilayətinin Kamışin şəhərində federal hakimi Vasili Vetlugin vəhşicəsinə qətlə yetirilib.

"Unikal" xəbər verir ki, işdən sonra öldürülüb və meyiti təhqir olunub.  

İstintaq Komitəsi hakimin qətlini təsdiqləyib. Qətl qısqanclıq zəminində törədilib. Belə ki, 47 yaşlı Kamışin sakini Sergey K. arvadının Vetluginlə münasibətdə olduğunu öyrənib. Qəzəblənən şəxs qısqanclıq zəminində şəhər məhkəməsinin binası yaxınlığında hakimə pusqu qurub və ona bir neçə dəfə atəş açıb. Daha sonra o, hakimin meyitini təhqir edərək gözünə bıçaq soxub. Bundan sonra Sergey polisin gəlməsini gözləyib və təslim olub.

İstintaq Komitəsi artıq iki maddə - xüsusi amansızlıqla adam öldürmə və qanunsuz olaraq odlu silah saxlama maddəsi ilə cinayət işi açıb.