İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində 44 nəfər haqqında həbs qərarı çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, bu gün səhər saatlarında bir çox ünvanda keçirilən əməliyyatlarda Beyoğlu Bələdiyyə Başçısı İnan Güneyin də olduğu 40 şübhəli saxlanılıb.