Ukraynalı jurnalist Dmitri Qordon Vaşinqtondakı mənbələrə istinadən bildirib ki, Ukraynadakı münaqişə avqustun 15-də başa çatacaq.

"Unikal" xəbər verir ki, o, bu barədə Ukrayna telekanallarının birində çıxışı zamanıdeyib. 

"Mən Vaşinqtondakı iki mənbəmlə danışdım. Hər ikisi müharibənin sabah bitəcəyini söylədi", - Qordon ifadə edib. 

Onun sözlərinə görə, söhbət münaqişənin bitəcəyini proqnozlaşdıran “Vaşinqtonda çox yüksək vəzifəli şəxslərdən” gedir. Jurnalist belə bir inkişafın olacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, avqustun 15-də  Bakı vaxtı ilə 23:00-da Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür.  

Gülayə Mecid