Rusiya baş nazirinin müavini Aleksey Overçuk gələn həftə İrəvanda respublikanın baş naziri Nikol Paşinyanla görüşəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
"Gələn həftə İrəvana uçuram. Səfər əvvəlcədən planlaşdırılıb. Bu onunla bağlıdır ki, Ermənistanın hüquqi bazasında normativ hüquqi akt yaranıb, Ermənistan hökumətinin qərarı, bizim fikrimizcə, Avrasiya İqtisadi İttifaqının qanunvericiliyinə ziddir", - Overçuk bildirib.
***11:48
Rusiya baş nazirinin müavini Aleksey Overçuk gələn həftə İrəvana gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, rəsmi İrəvanda Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini müzakirə edəcək.
Gülayə Mecid