ABŞ prezidenti Donald Tramp Moskvanın razılaşmanı istəmədiyi qənaətinə gələrsə, Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşü erkən tərk edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən yazıb.
"Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirilən sammiti zamanı razılıq əldə etməkdə çətinlik çəksə, o, həmin an sammiti tərk edəcək", - məlumatda qeyd olunub.
Bu gün Putin və Tramp Alyaskada danışıqlar aparacaq