Belarus Prezidenti Aleksandr Lukaşenko Amerika lideri Donald Trampı ailəsi ilə birlikdə Minskə dəvət edib və bu dəvət qəbul olunub.

“Unikal” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, ölkə liderləri ikitərəfli gündəliyin məsələlərini, regional mövzuları və “qaynar nöqtələr”, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər. Təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Bundan əlavə, Belarus Prezidenti Donald Trampı və ailəsini Minskə dəvət edib. Mənbə qeyd edir ki, Tramp bu dəvəti qəbul edib.

XXX

18:03

ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb.

"Unikal" xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. Tramp bildirib ki, zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək olub və o, əlavə məhbusların azad edilməsini də müzakirə etdiklərini bildirib.

“Söhbətimiz çox gözəl keçdi. Biz bir çox mövzular, o cümlədən Prezident Putinin Alyaskaya səfəri barədə danışdıq. Mən gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyə Tramp bildirib.