Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın danışıqlar aparacağı Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında bannerdə "sülhə canatma" (Pursuing peace) şüarı əks olunub.

"Unikal" bu barədə TASS agentliyinə istinadla xəbər verir.

Yazının olduğu banner xüsusən də sammitdən sonra liderlərin birgə mətbuat konfransının hazırlandığı salonu bəzəyir.

Salonda son hazırlıq işləri gedir, iki ölkənin bayraqları asılıb, avadanlıqlar sazlanıb.