Amerikanın “Global Guardian” qəzeti dünyanın ən təhlükəli ölkələrinin siyahısını dərc edib. 

"Unikal" xəbər verir ki, ölkə təsnifatı siyahısı beynəlxalq məlumatlara, regionlara açıq şəkildə təsir edən - münaqişələrin artması, siyasi qeyri-sabitlik və sosial iğtişaşlar kimi amillərə əsaslanır.  

Qeyd olunur ki, iqtisadi böhranlar, vətəndaş iğtişaşları, terror təhlükələri kimi faktorlar təhlükə səviyyəsinin müəyyən edilməsində mühüm rol oynayır.

Xüsusilə Yaxın Şərq, Afrika və bəzi Asiya ölkələrində təhlükəsizlik problemləri dərinləşir.

Məlumata görə, dünyanın ən təhlükəli ölkələrinin siyahısı:

1. Rusiya

2. Ukrayna

3. Sudan

4. Konqo

5. Yəmən

6. Əfqanıstan

7. Suriya

8. Cənubi Sudan

9. İsrail

10. Mali

İkinci onluqda Türkiyə 18-ci yerdə qərarlaşıb. 

Ağarza Elçinoğlu