Rusiya prezidenti Vladimir Putin Alyaskada ABŞ lideri Donald Trampla danışıqlardan sonra İkinci Dünya Müharibəsi zamanı həlak olmuş sovet pilotlarının məzarları üzərinə gül dəstələri qoyub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
O, Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasının yaxınlığında yerləşən Fort Riçardson Milli Hərbi Qəbiristanlığının "İkinci Dünya Müharibəsində Müttəfiqlər" bölməsini ziyarət edib.
Orada 14 sovet qəbrinin olduğu qeyd edilir. İndiyədək 11 sovet hərbçisinin adları və hərbi rütbələri müəyyən edilib.
Ağarza Elçinoğlu