Ryazan vilayətində "Elastik" zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, fövqəladə hadisə yerində nazirliyin əməkdaşları 3 nəfəri dağıntılar altından çıxarıblar. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Avqustun 15-də Ryazan yaxınlığında yerləşən "Elastik" zavodunun barıt sexində partlayış baş verib. Hadisədə 100-dən insan yaralanıb.