Zeynəb Xanlarova od püskürəcək
11:49 18-09-2013
İQTİSADİYYAT
Zeynəb Xanlarova od püskürəcək
Deputatın müxalifətə keçəcəyidə ehtimal edilir
Son zamanlar millət vəkili, xalq artisti Zeynəb Xanlarova hakimiyyət əleyhinə sərt açıqlamalar verməsi ilə yadda qalıb. Hələ ötən il büdcə müzakirə olunan zaman Zeynəb Xanlarova sərt açıqlama verərək bildirmişdi ki, bu büdcədə sadə insanlar nəzərə alınmayıb. Millət vəkili daha sonra isə AXCP sədri Əli Kərimlinin müdafiəsinə qalxmışdı. Belə ki, Əbülfəz Elçibəyin zəhərlənməsində Əli Kərimlinin iştirakı olub-olmamasına münasibət bildirən deputat Əli Kərimliyə rəğbətini gizlətməmişdi:-"Mən Əli Kərimlinin xətrini çox istəyirəm. Ona görə mən bu sözü deməliyəm. Ona qara yaxırlar. Onun haqqında bu şayiələri yalnız Əli Kərimlinin düşmənləri yaya bilər. İnana bilmərəm buna heç zaman. O, cavan adamdır. Niyə ona bu qədər qara yaxmağa çalışırlar?".
Xatırladaq ki, . Z. Xanlarova öncələrdə müxalifətin keçirtdiyi aksiyaları dəstəkləmişdi: "Mən Fəvvarələr meydanında evimin pəncərəsindən aksiyaya baxırdım. Azərbaycan qadınları ayaq altında qalırdı. Mənim xalqım niyə ayaq altına düşməlidir?".Qeyd edək ki, Zeynəb Xanlarovanın bu cür aqressivləşməsi qudasının öncə Yasamal rayon icra hakimiyyəti başçılığından, daha sonra isə diplomatik xidmətdən azad edilməsindən sonra başlandı. Amma deyəsən bu hələ girişdir. Belə gedərsə Zeynəb Xanlarova daha da aqressivləşəcək və onun yaxın zamanlarda daha sərt açıqlamalar verəcəyi gözlənilir. Bu dəfə isə pul məsələsinə görə. Çünki Səbail rayon məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə adı Xalq artisti Zeynəb Xanlarova ilə pul qalmaqalında hallanan Türkiyə vətəndaşı Seyfi Azərioğluya qarşı məhkəmə prosesi keçirilib.Prosesdə qalmaqal yaranıb. Belə ki, Seyfi Azəroğlunun vəkili Müzəffər Baxışov Zeynəb Xanlarovanın vəkili Aslan İsmayılovun nümayəndə kimi işə buraxılmasına etiraz edib. Eyni zamanda, Aslan İsmayılovun mətbuatdakı çıxışlarına əsasən, hakimdən Aslan İsmayılovun işə şahid kimi cəlb edilməsini xahiş edib.S.Azəroğlunun nümayəndəsi, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin təmsilçisi Asima Nəsirlinin bildirdiyinə görə, hakim vəsatətləri təmin etməyərək, bunu Aslan İsmayılovun bu iş üzrə əvvəllər şahid kimi dindirilməməsi ilə əlaqələndirib. A.Nəsirli Zeynəb Xanlarovanın konsertinin reklamının getdiyini əks etdirən Los-Anceles şəhərində çap olunan qəzetin bir nüsxəsini məhkəməyə təqdim edib. Aslan İsmayılova Maral Hüseynova ilə Seyfi Azərioğlu arasında müqavilənin imzalanma tarixi, M.Hüseynovanın S.Azəroğluna 112 min ABŞ dolları məbləğində pulu harada verməsi kimi suallar verilib: "Aslan İsmayılov ona nümayəndə kimi verilən sualları cavablandırmaqdan imtina etdi. Məhkəmə araşdırılması başa çatdı və məhkəmə çıxışlarına başlanıldı. Aslan İsmayılov məhkəmə çıxışını bir cümlə ilə ifadə edərək qeyd etdi ki, o iddiaçının iddiasını tam müdafiə edir". Seyfi Azərioğlunun nümayəndəsi Asima Nəsirli isə çıxışında müqavilənin iddiaçının iddia etdiyi kimi, 25 yanvar 2013-cü il tarixdə deyil, 6 aprel 2013-cü il tarixdən sonra imzalandığını bildirib. Asima Nəsirli çıxış edərək, bu səbəbdən iddiaçının iddiasının əsassız hesab edilməsi, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edib. Qalmaqal da elə vəkillərin çıxışı zamanı yaranıb. Müzəffər Baxışov və Aslan İsmayılov arasında yaranan mübahisə zamanı hətta təhqiramiz ifadələr də işlədilib.A.İsmayılovun sözlərinə
görə, budəfəki məhkəmə prosesindən sonra növbəti prosesə qatılmamaq barədə qərar verib: "Mən növbəti prosesə qatılmayacağam, nümayəndə göndərəcəyəm. Məhkəmə hansı qərarı çıxararsa, həmin qərara münasibət bildirərik. Əgər məhkəmədə mətbuat nümayəndələri iştirak edərsə, ancaq o zaman posesə qatıla bilərəm".Məhkəmə prosesini izləyənlər bildirir ki, hazırda məhkəmədə işə baxılır və ortada olan bütün faktlar Zeynəb Xanlarovanın əleyhinədir və çox asanlıqla Türkiyə vətəndaşı Zeynəb Xanlarovanı məğlub edəcək. Xalq artistinin isə bununla barışmayacağı indidən bəllidir və hətta hesab edilir ki, Zeynəb Xanlarova tam olaraq müxalifətə keçə bilər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53