ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Vaşinqtonda baş tutan görüşün qapalı hissəsi yekunlaşıb.
"Unikal" xəbər verir ki, Tramp və Zelenski Ağ Evin digər zalında Avropa liderləri ilə görüşüblər.
XXX
23:05
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir.
"Unikal" xəbər verir ki. görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edir.