Növbəti danışıqlar mərhələsindən əvvəl Ukraynda atəşkəsin təmin olunması zəruridir.
"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Ağ Evdə Donald Tramp və Avropa liderləri arasında keçirilən görüşdə deyib.
“Dürüst olmaq lazımdır, hamımız atəşkəsin əldə olunmasını istəyirik. Növbəti görüşün atəşkəs olmadan keçirilməsini təsəvvür edə bilmirəm. Gəlin bunun üzərində işləyək”, - hökümət başçısı vurğulayıb.
Qeyd edək ki, sözügedən görüşün əvvəlində ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, silahlı münaqişələr atəşkəs olmadan da həll edilə bilər.