"Ermənistan və İran arasında bir sıra infrastruktur layihələri artıq praktiki mərhələyə daxil olub. Qeyd etməliyəm ki, bu layihələr Ermənistan üçün strateji əhəmiyyət kəsb edir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla birgə bəyanatı zamanı deyib.
Baş nazirin sözlərinə görə, bu strateji əhəmiyyətə malik layihələrdən biri də Ermənistan tərəfinin tikintisini İran şirkətinə həvalə etdiyi 32 km-lik Kacaran-Agarak yoludur: "Əminəm ki, 32 kilometrlik yol müəyyən olunmuş müddətdə istifadəyə veriləcək və həmkarımla mən iki dövlətimizin daha bir uğurunu qeyd etmək imkanı əldə edəcəyik.
Ölkələrimiz arasında daşımaların həcminin artdığını nəzərə alaraq, biz Ermənistan-İran sərhədində ikinci körpünün tikintisi ilə bağlı razılığa gəldik".
Ağarza Elçinoğlu