Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun qardaşı Aleksandr Milonov müharibə zamanı həlak olub. 

"Unikal" xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Aleksandr 3-cü Əlahiddə Ümumqoşun Ordusunda, LXR kəşfiyyat bölmələrindən birində könüllü kimi xidmət edirdi.

Döyüş zamanı yaralandıqdan sonra o, xəstəxanada tibbi xidmətə aparılsa da, aldığı xəsarətlər onun səhhətinin kəskin şəkildə pisləşməsinə səbəb olub. O, Sankt-Peterburqda dəfn edilib. 

Ağarza Elçinoğlu