Şəmkirdə açıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə "Unikal"ın yerli bürosu xəbər verib.
XXX
18:05
Şəmkirdə yanğın hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, Kür çayının sahilində, Bayramlı kəndi ərazisində açıq sahədə kol-kos yanır. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Tural Əhmədov