"Avropa İttifaqı Rusiya ilə razılaşmalara etibar etmir".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas ittifaqın fövqəladə onlayn sammitindən sonra bəyan edib.

O bildirib ki, Aİ Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcək və Moskvaya qarşı sanksiyaları davam etdirəcək.