Nizami Xudiyevə seçkidən sonra vəzifə veriləcək?
11:32 20-09-2013
İQTİSADİYYAT
Nizami Xudiyevə seçkidən sonra vəzifə veriləcək?
Az.TV-nin sabiq sədrinin bir il əvvəlki sözlərindən sonra heç nə dəyişməyib
Milli Məclisin sabiq deputatı, AzTV-nin keçmiş sədri Nizami Xudiyev bir il bundan öncə bir açıqlama vermişdi. Həmin açıqlama onun yeni vəzifə təyinatı ilə bağlıdır.
Xudiyev qeyd etmişdi ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyir. Xatırladaq ki, o, əvvəllər də bu ali məktəbdə çalışıb.
Məşhur “91-lər”dən olan sabiq deputat bildirmişdi ki, indiyə qədər müxtəlif vəzifələrdə işləyib. Bundan sonra hansı vəzifədə işləməyinə gəlincə isə “hazırda burada dərs deyirəm. Daha sonra hansı vəzifədə işləyəcəyimlə bağlı məlumatım yoxdur. Olanda cəmiyyət biləcək. Bu məndən asılı məsələ deyil”, - deyə o, qeyd etmişdi.
Hər nə qədər vəzifə təyinatının asan reallaşmadığını desə də, Xudiyevin açıqlamasından onun yeni təyinat arzusunda olduğu hiss edilirdi. Hətta bundan sonra mətbuatda sabiq Az.Tv sədri ilə bağlı müxtəlif xəbərlər yayıldı. Onun adı Sumqayıt Dövlət Universitetinə rektor
təyin edilməkdən tutmuş bir çox başqa vəzifələrdə hallandırıldı. Amma bunların heç biri sonradan öz təsdiqini tapmadı.
İndi isə belə iddialar var ki, sabiq Az.TV sədri prezident seçkilərindən sonra yenidən irəli çəkiləcək. Bu dəfə də onun ölkənin aparıcı ali məktəblərindən birinin rektoru təyin ediləcəyi haqqında söz-söhbətlər dolaşır. Konkret olaraq, ad çəkilməsə də bu ali məktəbin Nizami müəllimin pedaqoji fəaliyyətində önəmli yer tutan Dövlət Pedaqoji Universitetinin özü ola biləcəyi də istisna olunmur.
Xatırladaq ki, dilçi professor Nizami Xudiyev 2010-cu ilin noyabrınadək Milli Məclisdə 56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edib. O, 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 1995-2010-cu illərdə (15 il) deputat olub.
Əvvəlcə Az.Tv sədri postundan gedən Xudiyev sonradan deputat mandatını da itirdi. Hazırda o ictimai-siyasi həyatda aktivliyi ilə seçilmir. Çox nadir hallarda mətbuatla təmaslar quran Nizami müəllimin seçkilərdən sonra yenidən hər hansı görəv alıb-almayacağını isə zaman göstərəcək.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28