Ekologiya Nazirliyi hara baxır?
11:40 20-09-2013
SİYASƏT
Ekologiya Nazirliyi hara baxır?
Meşələr qırılır, amma nazirlik baş verənləri başlı başına buraxıb
Son illər ölkədə yaşıllaşdırma işləri sürətlə aparılsa da, meşələrin qırılması halları da durmadan artır. Dövlət başçısı, Heydər Əliyev Fondu kampaniyalar təşkil edərək, ağac əkilməsi prosesini təşkil edirlər. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bütün bunlara rəğmən, yaşıllıqların və meşələrin məhvinə o qədər də diqqət ayırmır.
Qeyd edək ki, payızın və qışın gəlişi ilə əlaqədar artıq bir çox rayonlarda kənd sakinləri oduncaq əldə etmək üçün meşələrə üz tuturlar. Bu zaman nazirliyin müəyyənləşdirdiyi ərazilərdən də kənara çıxaraq, yaşıl ağacları belə kəsirlər. Durum o qədər vahiməli şəkil alıb ki, bəzi rayonlarda meşələrin kütləvi şəkildə məhv edildiyi müşahidə olunur. Belə ki, bu gün Nabranda, Oğuz və Qəbələdə meşələrin sürətlə qırıldığı diqqəti çəkir. Həmçinin ayrı-ayrı rayonlardan da həyacanlı xəbərlər gəlməkdədir. Məlumatlarda vurğulanır ki,Oğuzun Xalxal ərazilərində də ağacların kütləvi şəkildə məhv edildiyi deyilir. Və bununla bağlı ETSN-ə dəfələrlə məlumat verilməsinə baxmayaraq, nazirlik məsələyə etinasız yanaşır. Durumun ciddiliyi isə o qədər güclüdür ki, bu şəkildə davam edərsə, ölkədə yaşıllıqlar qalmayacaq.
Sonda onu da bildirək ki, mərhum Ulu Öndər Heydər Əliyev dəfələrlə yaşıllıqların qorunmasını tövsiyə edib. Elə cənab Prezident İlham Əliyev də dəfələrlə yaşıllıqların artırılması və ağacların əkilməsi barədə göstəriş verib. Bunun fonunda ETSN-in belə hərəkətlərə yol verməsi qəti başadüşülən deyil.
Elvin
Digər Xəbərlər
2024-11-20 20:48:42
2024-11-20 18:18:44
2024-11-20 16:00:24
2024-11-20 14:48:12
2024-11-20 11:23:54
2024-11-20 10:14:04
2024-11-20 09:55:06
2024-11-20 01:08:25
2024-11-20 00:15:08
2024-11-19 18:39:46
2024-11-19 18:15:05
2024-11-19 17:21:00
2024-11-19 16:37:47
2024-11-19 16:23:50
2024-11-19 16:17:12
2024-11-19 15:37:13
2024-11-19 09:58:59
2024-11-18 18:40:31
2024-11-18 18:17:51
2024-11-18 15:15:15