“Xocalı aeroportu ilə Rusiya diqqəti Suriyadan ayırmaq istəyir”
19:02 21-09-2013
İQTİSADİYYAT
“Xocalı aeroportu ilə Rusiya diqqəti Suriyadan ayırmaq istəyir”
“Xocalı hava limanından uçuşların həyata keçirilməsi həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq konvensiyaların pozulması deməkdir”. Bunu “Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərli bildirib.
“Birincisi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının prinsiplərinə, ikincisi, beynəlxalq hüquq normalarına, o cümlədən Çikaqo Konvensiyasına zidd olan həmin niyyət heç cür gerçəkləşdirilə bilməz. Dağlıq Qarabağ münaqişə zonasıdır. Buna görə də ora qapalı ərazi elan olunub. Qapalı ərazidə isə Azərbaycanın Mülki Aviasiya Administrasiyasının icazəsi olmadan heç bir uçuş həyata keçirilə bilməz. Bu mümkün olan iş deyil. Çünki Xocalı aeroportu Azərbaycan ərazisinə daxildir”, – Məhərrəm Səfərli söylənənlərə əlavə edib.
Politoloq Qabil Hüseynli isə Xocalı aeroportu probleminin Azərbaycanda prezident seçkiləri keçirilməsinə sayılı günlər qalmış ortaya atılmasını Rusiyanın təxribatı kimi dəyənləndirib.
“Mən bunu prvovakasiya kimi qiymətləndirirəm. Ermənilər Azərbaycanda baş tutacaq prezident seçkiləri ərəfəsində bilavasitə rusların təlqini ilə bu uçuşları həyata keçirməyə çalışırlar. Əgər uçuşlar həyata keçirilsə, regionda vəziyyət gərginləşəcək. Suriya məsələsindən dünya birliyinin diqqəti yayınacaq. Rusiya məhz bu məqsədi güdür”.
Qeyd edək ki, Ermənistan mətbuatı Xocalı hava limanının yaxın on beş gündə fəaliyyətə başlayacağı haqda məlumat verib. Separatçı rejimin “mülki aviasiya üzrə baş idarəsinin” rəisi Dmitri Adabaşyan bildirib ki, Xocalı aeroportu üçün alınmış təyyarələr 15 gündən sonra istənilən uçuşu həyata keçirmək üçün texniki baxımdan hazır olacaq. Hava limanının təyyarələri qəbul etməyə hazır olduğunu bildirən Adabaşyan qəzet əməkdaşının uçuşların nə vaxt başlayacağı sualını cavabsız qoyub. O yalnız məsələnin texniki tərəfi ilə məşğul olduğunu bildirib.
Vüqar İsmayılov
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28