“2024-cü il 6 sentyabr tarixli Nazirlər Kabinetinin qərarı ilə təhsil alan rezidentə düşən illik vəsait 5600 manatdan 8600 manata qaldırılıb. Onların aylıq vəzifə maaşı həkimlərin tarif maaşına bərabərdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

Şöbə müdiri bildirib ki, hazırda rezidentlərin aylıq maaşı 550-575 manat arasındadır: "Bu da onların dərəcələrinə görə dəyişir. Bildiyiniz kimi, həkimlərin də tarif maaşı 550-700 manat arasındadır”.

Anar Kəlbiyev