Müxaliflər müxalifətin mitinqinə qarşı
12:13 24-09-2013
İQTİSADİYYAT
Müxaliflər müxalifətin mitinqinə qarşı
AXCP ilə "ReAL" hərəkatı üz-üzə gəldi
Müxalifətin keçirtdiyi son aksiyaya yanaşma birmənalı olmadı. Hətta bu aksiyanı hakimiyyət nümayəndələri ilə yanaşı müxalifət liderləri də sərt təpki verdilər.
Qeyd edək ki, bu aksiya əslində sırf seçkiləri nəzərə alınaraq keçirilən aksiya olmalı idi və bu seçki məcəlləsi ilə tənzimlənir. Seçki məcəlləsini əsas gətirsək aydın olar ki, aksiyada kifayət qədər qanunsuzluqlar baş verib. Hətta sivil cəmiyyətlərdə buna görə namizəd bir başa məsuliyyət daşıyır və ona cinayət işidə açıla bilər. Elə bəzi müxaliflərdə bunu xüsusi olaraq vurğulayırlar. "Cəmil Həsənlinin seçki təşviqat mitinqi mövzudan kənar formatda keçirildi. Mitinqin uğurlu-uğursuz alınması, neçə adamın gəlib-gəlməməsi məsələsi burada müzakirə mövzusu deyil. Sadəcə, həmişəki kimi mövzudan yayındılar və müzakirəni başqa istiqamətə çəkdilər. Mən fikrimi çox aydın ifadə etmişəm. İradım onadır ki, yenə köhnə söhbətlər, mövzular və adamlar bu mitinqdə idi".Bu sözləri açıqlamasında "ReAL" (Respublikaçı Alternativ) hərəkatının Məclis sədri Erkin Qədirli deyib. Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 22-də keçirilən mitinqini dəyərləndirən E. Qədirli bildirib ki, aksiya prezidentliyə namizəd Cəmil Həsənlinin təşviqatı baxımından uğurlu alınmayıb: "İsgəndər Həmidov kimi adam tribunaya çıxaraq səviyyəsiz şeylər danışır. Bu, Cəmil Həsənlinin təşviqat kampaniyasına yaraşan məqamlar deyil. İnsanlar o mitinqə Cəmil Həsənliyə görə gəlmişdi". (Qeyd edək ki, E. Qədirli "Facebook" səhifəsində yazdığı statusda mitinqin təşkilatçılarını tənqid edib.)Müşahidəçilərdə bildirir ki, mitinq boyu edilən çıxışlar demək olar ki, seçki mövzusundan tam kənar idi və sui-istifadəyə yol verilirdi. İsgəndər Həmidovun çıxışında isə vəziyyət tamamı ilə dəyişdi. Bunu da qeyd edək ki, bu aksiyadan sonra çox böyük ehtimal ki, "ReAL" hərəkatı Milli Şura ilə əlaqələrini kəsəcək. Çünki Erkin Qədirlinin haqlı narazılığına AXCP-dən sərt reaksiya gəldi. AXCP sədrinin müavini, Demokratik Qüvvələrin Milli Şurasının Mitinq Komitəsinin sədri Asəf Quliyev isə E. Qədirlinin bəzi fikirlərini normal qəbul etsə də, ümumilikdə onunla razı olmadığını söyləyib: "Əlbəttə, İsgəndər Həmidovun mitinqdə Siyavuş Novruzov və yaxud Siyavuş Novruzovun bu gün mətbuatda İsgəndər Həmidovla bağlı dediyi fikirləri qəbul etmirəm. Bu fikirlərə qarışmırıq. İstənilən tənqidi fikirdə təhqirə yol vermək olmaz. Ancaq Erkin Qədirli digər mitinqlərlə müqayisədə son aksiyanın kütləviliyinə şübhə yaratmamalıdır. Hər halda, fərq hiss olunur. Həyatda ideal heç nə yoxdur. Ola bilər ki, bəzi məsələlərdə çatışmazlıq olub. Amma ümumilikdə mitinq müsbət baş tutub". A. Quliyev əlavə edib ki, aksiyada köhnə siyasətçilərin çıxış etmələrinə Erkin Qədirlinin mənfi reaksiyasını qəbul etmir: "Əgər sözü var idisə, o da çıxış edə bilərdi. Biz bütün mitinqlərimizdə gənclərə yer ayırırıq. Kənardan söz demək asandır. Gəlsin, prosesdə iştirak etsin. Biz əməyi olan yaşlı hərəkatçıları belə məsələlərdən kənarda saxlaya bilmərik".Müşahidəçilər bunu da bildirir ki, məhz bu mitinqdə ciddi qanun pozuntuları olduğu üçün hakimiyyət belə aksiyaların keçirilməsini qanuni şəkildə ləğv edə bilər. Elə Erkin Qədirlinin də reaksiyası bununla bağlıdır. Amma AXCP-də hər zaman "ReAl" hərəkatına bir qısqanclıq olduğu üçün hazırkı durum yaranıb və hesab etmək olar ki, bu deyişmə daha da ciddiləşəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28