Qarabağ müharibəsi başlaya bilər
12:23 24-09-2013
İQTİSADİYYAT
Qarabağ müharibəsi başlaya bilər
Ermənistan təlaş içindədir
Son günlər Dağlıq Qarabağ müharibəsinin başlanması ehtimalı ilə bağlı xəbərlər artmaqdadır. Hələ bir neçə gün öncə prezident İlham Əliyev bəyan etmişdi ki, istənilən halda Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və bunun üçün artıq zaman yetişib.
Bununla yanaşı istər qərb , istərsə də ABŞ mətbuatında müharibə ehtimalının artması ilə bağlı proqnozlar verilməyə başlandı. Çünki Azərbaycan ordusu son 10 ildə kifayət qədər güclənib və alınan silahlara baxanda əsasən hucum sistemli bir ordunun yaranmasının şahidi olacağıq. Ermənistan tərəfi də bunu yaxşı anlayır və bu səbəbdən Rusiyanın bütün şərtlərini qəbul edir. Amma son zamanlar Rusiya-Azərbaycan münasibətlərinin qaydaya düşməsi və strateji məsələlərdə bir araya gələ bilmələri Ermənistanı ciddi narahat edir və belə ehtimal səsləndirilir ki, müharibə başlayarsa Rusiya proseslərə neytral qala bilər. Bu arada isə daha bir maraqlı açıqlama gündəmə gəldi. "Əgər müharibə başlasa, Azərbaycan öz torpaqlarını maksimum bir həftəyə azad edər".Bu bəyanatla Azərbaycan Milli Məclisinin sədr müavini, parlamentin təhlükəsizlıik daimi komitəsinin sədri Ziyafət Əsgərov çıxış edib.Xatırladaq ki, bu yaxınlarda rus mediası Dağlıq Qarbağda müharibənin qaçılmaz olduğunu iddia etmişdi. Publika.Az xəbər verir ki, rrus mediası qeyd edir ki, 2009-cu ildən başlayaraq Azərbaycan üçün istehsal edilən silahların böyük partiyası bu ölkəyə çatdırılmaya başlanıldı. Bu silahların bəziləri hələ də çatdırılmayıb. Onlar arasında 94 ədəd "T-90S" tankı, 100 ədəd BMP-3 piyadaların döyüş maşını, 24 ədəd "BTR-80A" tankı, 18 ədəd "Msta-S" özüyeriyən artilleriya qurğusu, 18 ədəd "Smerç" reaktiv atəş sistemi, 6 ədəd TOS-1A "Solnçepek" ağır minaatan kompleksləri, 2 ədəd "ZRS S-300P" divizionu, 24 ədəd "Mi-35M" zərbə vertolyotu, 60 ədəd çoxməqsədli "Mi-17" vertolyotları var."Nezavisimaya qazeta" yuxarıdakı siyahının olduqca zəhmli olduğunu, xüsusilə TOS-1A komplekslərinin heyrət doğurduğunu qeyd edib. Yazıda "T-90S" tanklarının, həmçinin "Mi-35P" zərbə vertolyotlarının Azərbaycan ordusunun zərbə potensialını əhəmiyyətli dərəcədə gücləndirəcəyi yazıb. Qəzetə görə, siyahının ikiqat zəhmli görünməsinin səbəbi onların paradlar və təlimlər üçün deyil, məhz müharibə üçün əldə edilməsidir: "Dağlıq Qarabağ üçün müharibənin yenidən başlanması tamamilə qaçılmazdır. Bir halda ki, tanınmamış respublika heç vaxt və hansısa formada könüllü şəkildə Azərbaycan tərkibinə qayıtmayacaq. Azərbaycan da indiki vəziyyətə əbədi dözməyəcək. Məhz ona görə Bakı kütləvi şəkildə silahlanır, özünün şəxsi silah istehsalını artırır. Sual olunur ki, ölkə öz Dağlıq Qarabağın qaytarılması üçün müharibəyə başlayacaqmı və bu nə vaxt olacaq". Ekspertlər bunu da bildirir ki, həqiqətən də Azərbaycan ordusu bu gün qısa müddətli müharibə aparmağa hazırdır və bunu reallaşdırmağa çox yaxındır. Amma hazırda beynəlxalq təşkilatların təzyiqləri mövcuddur və bu səbəbdən hələ ki, real addımlar atılmır.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28