Heydər Babayevin şok addımı
11:05 26-09-2013
İQTİSADİYYAT
Heydər Babayevin şok addımı
Keçmiş nazir seçki ilə bağlı mövqeyini açıqlamaqdan imtina etdi
Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev qarşıdan gələn prezident seçkisi ilə bağlı mövqeyini açıqlamaqdan imtina edib. Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu yaxınlarda keçəmiş nazirə hökumətə yaxın şəxslərdən hakimiyyət namizədini müdafiə etməsi yönündə açıqlama ilə çıxış etmək təklifi ünvanlanıb. Amma Babayev həmin təklifi cavabsız qoyub.
Bir müddət sonra həmin təklif keçmiş iqtisadi inkişaf nazirinə yenidən edilib. Bu dəfə isə Babayev Azərbaycandakı daxili proseslərə qarışmaq, bir daha siyasi fikirlər səsləndirmək istəmədiyini deyib.
Xatırladaq ki, qəzetimizin keçən saylarında "Sabiq nazirlərin müəmmalı susqunluğu" başlıqla yazı dərc edilmiş və ciddi rezonans doğurmuşdu. Yazıda qeyd edilirdi ki, Bir neçə sabiq nazirin hazırki dövlət rəhbərini müdafiə edəcəklərini açıq bəyan etmələrinə rəğmən, bir çoxlarının hələ də susqunluq nümayiş etdirməsi maraq doğurur. Məsələn, sabiq maliyyə naziri Əvəz Ələkbərovun, sabiq əmək və əhalinin sosial
müdafiəsi naziri Əli Nağıyevin, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, sabiq maliyyə naziri Fikrət Yusifovun və digərlərinin mövqelərini açıqlamamaları, seçki öncəsi belə, mətbuatdan yan qaçmaları şübhəsiz ki, kifayət qədər müəmmalara yol açır.
Həmin yazı dərc edildikdən dərhal sonra keçmiş maliyyə naziri Əvəz Ələkbərov bəyanatla çıxış etdi və qarşıdan gələn prezident seçkisində YAP-ın namizədi, hazırki ölkə başçısı İlham Əliyevi dəstəkləyəcəyini bildirdi.
İndi isə daha bir neçə sabiq nazirin oktyabr seçkilərində hansı mövqedə dayandığı maraq doğurur ki, bunların da başında 2008 prezident seçkilərindən sonra gözlənilmədən görəvindən kənarlaşdırılan, biznesinin əhəmiyyətli hissəsinə əl qoyulan, bundan sonra Azərbaycanı tərk edən, ailəsi ilə birlikdə xaricdə yaşamağa və oradakı biznesini genişləndirməyə və gücləndirməyə üstünlük verən Heydər Babayev gəlir. Amma əgər mənbəmizin iddiasına inansaq, görünən budur ki, sabiq iqtisadi inkişaf naziri qarşıdan gələn seçkidə vaxtilə təmsil olunduğu komandanın namizədini dəstəkləmək istəyində deyil.
Xatırladaq ki, hələ bir neçə ay əvvəl saytlardan biri Babayevin hazırki hakimiyyəti dəstəkləmək məsələsində mövqeyini öyrənməyə çalışmış və keçmiş nazir bundan dolayısı yolla yayınmışdı. Belə ki, artıq siyasətlə maraqlanmadığını deyən sabiq
nazir ölkə həyatına dair heç bir məsələ barəsində danışmayacağını demişdi: "Məni nə siyasət, nə də iqtisadiyyat maraqlandırır. Mən öz işlərimlə məşğulam". Bunun ardınca "sizdən xahiş edirəm ki, nə siyasi, nə də iqtisadi məsələlərlə bağlı mənə sual ünvanlamayın" deyən sabiq nazir telefonun dəstəyini asmışdı.
Elə bu da sabiq nazirin hələ də vaxtilə təmsil olunduğu iqtidar komandasından xeyli küskünlüyünün olduğunu deməyə əsas yaradır. Ola bilər ki, bunun səbəblərindən biri 5 il əvvəlki prezident seçkisindən sonra çoxlarının gözləmədiyi halda vəzifəsindən vidalaşmaq məcburiyyətində qalmasıdır. Digər səbəb postunu itirdikdən sonra Azərbaycandakı geniş biznes imkanlarının önəmli hissəsinin əlindən alınması ola bilər.
Sonuncu - üçüncü səbəb kimi isə bunların hər ikisinin birlikdə sabiq iqtisadi inkişaf nazirinin qəlbini qırdığı, bu səbəbdən Azərbaycandakı daxili siyasi proseslərdə hər hansı formada iştirak etməməyə söz verməsidir.
Xatırladaq ki, Heydər Babayev vəzifəsindən gedənədək olan son 11 il müddətində şəxsi biznes və karyera pilləkənləri ilə sürətlə yüksəlirdi. 1997-ci ildən "Mostbank"ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən sabiq nazir 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti Yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdı. 2005-ci il 19
oktyabrda iqtisadi inkişaf naziri təyin edilən Heydər Babayev bu görəvdə üç ildən bir qədər çox çalışa bildi və 2008-ci il 30 oktyabrda həmin postdan azad olundu. Həmin vaxtdan isə Babayevin yalnız karyera yüksəlişinin deyil, həm də şəxsi biznesinin enişə keçdiyi göz önündədir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53