İranla ABŞ arasında sensasion gəlişmə
11:20 26-09-2013
İQTİSADİYYAT
İranla ABŞ arasında sensasion gəlişmə
Həsən Ruhani Obama ilə görüşdən imtina etdi
BMT Baş Assambleyasının sessiyasına qatılmaq üçün Nyu Yorkda olan İran nümayəndə heyəti ABŞ və İran prezidentlərinin görüşünü təşkil etmək üçün ABŞ-dan gələn təklifi qəbul etməyib. Bu barədə "Reuters"ə ABŞ administrasiyasındakı mənbə bildirib.
Mənbə deyib ki, İran tərəfi prezidentlər Həsən Ruhani və Barak Obama arasında görüş keçirilməsi məsələsini "çox mürəkkəb məsələ" kimi qiymətləndirib.
Baş Assambleyada çıxış edən H. Ruhani ABŞ-la münasibətləri gərginləşdirməyə çalışmadıqlarını və nüvə mübahisəsinin həlli üçün danışıqlara hazır olduqlarını açıqlayıb. O, İranın nüvə proqramının dinc xarakterli olduğunu söyləyərək ölkəsinə qarşı beynəlxalq sanksiyaların tətbiqini tənqid edib. H. Ruhani bu cür sanksiyalardan siyasi elitanın yox, sadə insanların əziyyət çəkdiyini vurğulayıb.
İsrail tərəfi isə İran prezidentini ikiüzlülük və riyakarlıqda ittiham edib. Baş nazir Benyamin Netanyahu Tehranın vaxtı uzadaraq atom bombası yaratmaq üçün zaman qazanmağa çalışdığını deyib.
İran rəsmisi təsdiqlədi: "Belə bir görüşün
vaxtı yetişməyib"
BMT Baş Assambleyasının 68-ci sessiyası zamanı ABŞ prezidenti Barak Obamanın İranın höukmət başçısı Həsən Ruhani ilə görüşünün "gündəliyə daxil edilmədiyini" İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfham təsdiqləyib.
"Biz hesab edir ki, belə bir görüşün vaxtı yetişməyib"-deyə, o, söyləyib.
Ancaq ABŞ prezidenti köməkçisinin müavini Ben Rods sentyabrın 23-də bildirib ki, belə bir görüşün keçiriləcəyi istisna edilmir.
Əfham ABŞ-ın dövlət katibi Con Kerrinin iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşü də ikitərəfli deyil, "altılıq"-ın (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) xarici işlər nazirləri birlikdə keçiriləcək.
Xamneyidən Ruhaniyə səlahiyyət: Holokostu
etiraf et, ABŞ-la danış
İran İslam Respublikasının təmələ şüarlarından biri "İsrailə ölüm!"-dür. Tehran hakimiyyəti keçmiş prezident Mahmud Əhmədinejad Holokost faciəsini danmaqla yəhudi dövlətinə münasibətini bir daha nümayiş etdirirdi.
"RİA Novosti"-nin məlumatına görə, İran prezidenti Həsən Ruhani sentyabrın 26-da "CNN" telekanalına müsahibəsində Holokostun olması faktını tanıyaraq, onu faşistlərin yəhudilərə qarşı cinayət adlandırıb.
İran prezidenti Həsən Ruhani müsahibəsində deyib ki, ölkəsinin ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ABŞ-la nüvə proqramı, habelə bölgədə baş verənlərlə də bağlı Vaşinqtonla danışıqlar aparmaq üçün səlahiyyət verib.
Obama İrandan
umacağını açıqladı
Bu arada ABŞ prezidenti Barak Obama sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edərək İranla münasibətlərdən və onun apardığı nüvə fəaliyyətindən və bölgədəki məsələlərdən danışıb.
Vaşinqtonun İran rejimini devirmək niyyətində olmadığını bildirən Obama deyib ki, İranın yeni hökumət rəsmilərinin barış bəyanatları əməldə özünü doğrultmalıdır: "İran Qərblə münasibətlərini yaxşılaşdırmaq üçün nüvə silahı istehsal etmək niyyətində olmadığını sübut etməlidir. Biz İranın yeni hökumətinin mötədilliyə üstün verməsini müsbət qarşılayır, İranın nüvə məsələsinin həlli istiqamətində yaranmış çıxılmazlıq vəziyyətinin aradan qaldırılmasını tələb edirik.
ABŞ və İran 1979-cu ildə baş verən islam inqilabından sonra bir-birindən uzaq olublar. Bu etimadsızlığın dərin kökləri var. İranlılar çoxdandır ABŞ-ın İranın daxili işlərinə qarışması tarixçəsindən gileylənir, ABŞ-ın soyuq müharibə illərində bu ölkənin hökumətinin devrilməsindəki (1953-cü ildə baş nazir Məhəmməd Müsəddiqin hərbi çevriliş yolu ilə devrilməsi nəzərdə tutulur - red.) rolunu xatırlayır, bundan şikayət edirlər. Digər tərəfdən də amerikalılar görürlər ki, İran hökuməti həmişə Amerikanı düşmən kimi qələmə verir, istər birbaşa, istərsə də dolayı yolla Amerika vətəndaşlarını girov götürür, amerikalı əsgərlər və vətəndaşlarını öldürür, müttəfiqimiz İsraili məhv edəcəyi ilə təhdid edir.
Güman etmirəm ki, belə çətin tarixi olan ixtilafları bir gecədə aradan qaldırmaq mümkün olsun. Qarşılıqlı şübhələr dərin kök salıb. Lakin bununla belə hesab edirəm ki, İranın nüvə məsələsini həll edə bilsək, qarşılıqlı ehtiram və maraqlara söykənən daha fərqli münasibətlərin yaranması istiqamətində böyük bir addım atmış olarıq. Mən prezident seçiləndən sonra İranın dini liderinə, hazırda da prezident Ruhaniyə yazdığım məktublarda bildirmişəm ki, İranın nüvə məsələsinin dinc yolla həll olunmasını istəyirik. Həm də bildirmişəm ki, biz onları nüvə silahlarının istehsalından çəkinməsində israr edirik. Bildirmişik ki, biz İran rejimini devirmək niyyətində deyilik və İran xalqının dinc nüvə enerjisindən istifadə etməsi ilə bağlı hüququna hörmətlə yanaşırıq. İran isə nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq müqaviləyə riayət etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməlidir".
Nyu-Yorkda İran rəsmiləri kimlərlə görüşür?
Dünən o da məlum olub ki, Nyu-Yorkda İran və Fransa prezidentləri arasında görüş keçirilib. "Radiofərda"nın verdiyi məlumata görə, Fransua Olland həmkarı Həsən Ruhani ilə sentyabrın 24-də BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində bir araya gəlib. Görüşdə ikitərəfli əlaqələr, İranın nüvə proqramı və Suriya böhranı əsas müzakirə mövzusu olub.
Qeyd edək ki, Fransa prezidenti görüşdən əvvəl BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı İranı nüvə proqramının hərbi məqsəd daşıyıb-daşımadığını sübut etmək üçün konkret addımlar atmağa çağırıb: "Fransanın bununla bağlı İrandan gözləntiləri var. Ancaq rəsmi Tehran dinc məqsədlə nüvə enerjisindən yararlanmaq hüququna malikdir. Lakin İranın nüvə məsələsi ilə bağlı vədlərini əməli addımlara çevirəcəyini bilməməyimiz problemdir. On il ərzində danışıqlar yolu ilə bir nəticə hasil olmayıb".
Nyu-Yorkda həmçinin İran və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib. İRİB-in məlumatına görə, görüş sentyabrın 24-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyası çərçivəsində baş tutub.
Görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi, Suriyadakı böhran, İranın nüvə proqramı və digər regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub. Tərəflər Suriya böhranının tamamilə həll edilməsi üçün siyasi yolların tapılmasının zəruriliyinin vurğulayıblar.
Məhəmməd Cavad Zərif kimyəvi silahların kim tərəfindən və harada istifadə edilməsindən asılı olmayaraq pislənildiyini, Suriyada bütün tərəflərdən kimyəvi silahların alınmasının lazım olduğunu bildirib. Sergey Lavrov isə Suriyaya qarşı hərbi müdaxilənin önlənməsinin zəruriliyinə toxunaraq, əks təqdirdə, belə bir hadisənin nəticələrinin faciəvi olacağını deyib.
Qeyd edək ki, İran XİN rəhbəri həmin gün almaniyalı və bəhreynli həmkarı ilə də görüşüb.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28