Satqınların yığışdığı Milli Şura
09:40 29-09-2013
İQTİSADİYYAT
Satqınların yığışdığı
Milli Şura
İsa Qəmbərin, Əli Kərimlinin, Cəmil Həsənlinin və digər müxaliflərin yaşadığı qorxu
İnsan cinayət törədib onu gizlətməklə cəzadan yayına bilər. Amma o cinayətin qorxusunu sonuna qədər yaşamağa məhkumdur. Bu gün cəmiyyətdə sanki bir qorxu var. Bu qorxu satqınlıqdan doğan bir qorxudur və kökündə ,nə zamansa bu satqınçılığın açılması qorxusu dayanır. Ölkədə prezident seçkilərinə start verildiyi bir zamanda bu qorxunu daha qabarıq və çılpaq şəkildə müxalifət liderlərinin simasında yaşayırıq. Müxalifət bir araya gələrək Milli Şura yaratdı və öncə Rüstəm İbrahimbəyov, daha sonra isə Cəmil Həsənli prezidentliyə vahid namizəd göstərildi. Çünki həmin ərəfədə müxalifət yeni Rüstəm İbrahimbəyov qorxusunu yaşamalı oldu.
İbrahimbəyov fobiyası
Rüstəm İbrahimbəyov namizəd oldu və sona qədər bu düşərgədə olacağını bəyan etdi. Amma Bakıya qayıtmadı. Əksəriyyət hesab etdi ki, o həqiqətən də həbs oluna bilərdi deyə ölkəyə qayıtmadı. Amma məsələnin kökündə sadəcə olaraq bir fobiya var idi. Qorxunun ifrat həddində olan bu fobiya isə Rüstəm İbrahimbəyovda öncədən yaranmışdı. Gəlin, onun siyasətə gəlişinə baxaq. Rüstəm İbrahimbəyov neft şirkətinə məxsus 6 hektar torpağı ələ keçirtməyə çalışdı və buna nail ola bilmədi. Məhz bu torpağa görə də o siyasi kursunu dəyişdi. İllər boyu hakimiyyət saraylarında tamadalıq edən ssenarist varidatını artırmaq üçün müxalifətə keçdi və yenə də varidatını itirməmək üçün Bakıya ayaq açmadı. Bundan başqa Rüstəm İbrahimbəyov əslində ömrü boyu müxalifətə nifrət edən şəxs idi və onlarla bir sırada addımlamağı təsəvvürünə belə gətirmirdi. Sadəcə olaraq Rüstəm İbrahimbəyov müxalifət liderlərindən məqsədləri üçün istifadə etdi və istafadə olunan əl dəsmalı kimi atdı. Beləliklə İbrahimbəyov fiaskosundan sonra müxalifət başqa bir namizədin üzərində dayandı. Amma seçkilərə az zaman qalsada heç bir uğura imza ata bilmirlər. Səbəb? Səbəb konkretdir- SATQINÇILIĞIN ANATOMİYASI.
Satılan və satan
Əli Kərimli dövrü
1993-cü il. Əbülfəz Elçibəyin liderliyi ilə AXCP yenidən bərpa olunur,yeni rayon təşkilatlarının yaradılmasına cəhd edilir və bu zaman aydın olur ki, əslində AXCP sədri Əbülfəz Elçibəy səlahiyyətlərinin xeyli hissəsini itirib. Çünki o Kələkidə olanda Əli Kərimli nizamnamədə dəyişiklik edərək sədrin səlahiyyətlərinin böyük hissəsini birinci müavinə verdirmiş və özüdə birinci müavin olmuşdu. Bu Əli Kərimlinin Əbülfəz Elçibəyə İLK XƏYANƏTİ idi. Bundan başqa aydın oldu ki, Əli Kərimli AXCP daxilində həm də Yurd təşkilatını qoruyub saxlaya bilib və bu təşkilatı AXCP rəhbərliyinə yerləşdirə bilib. Məhz bu təşkilatın üzvlərinin vasitəsi ilə də Əli Kərimli Əbülfəz Elçibəyə qarşı mətbuatda kampaniyaya start verdirdi, hətta Əbülfəz Elçibəyin siflis xəstəliyinə yoluxması haqqında şaiyyələrdə buraxdılar. Bu Əli Kərimlinin Əbülfəz Elçibəyə İKİNCİ XƏYANƏTİ idi. Və bütün bunlar heç də Əli Kərimlinin vəzifə iddiasından irəli gəlmirdi.Əslində ortada daha ciddi və ağılagəlməz bir satqınçılıq hökm sürürdü.
Fərhad Əliyevə qurban
verilən Elçibəy
Bəli. Əli Kərimli bütün bunları məhz hakimiyyətdə əməkdaşlıq etdiyi qanadın vasitəsi ilə həyata keçirirdi. Məqsəd onun tərəfindən maliyyə qaynaqları yaratmaq, qarşı tərəf üçün isə AXCP-ni sıradan çıxartmaq idi. Bu məsuliyyəti isə Əli Kərimli öz boynuna götürmüşdü. Artıq o zamanlar İqtisadi İnkişaf Naziri olan Fərhad Əliyev AXCP-in maliyyə xərclərini tamamı ilə öz üzərinə götürmüşdü və sonradan məlum olacaqdı ki, bu məqsədlə hər ay AXCP-yə 50 min manat pul ödənilir. Qarşılığında isə bir tərəfdən AXCP-ni zəiflədir, digər tərəfdən isə başqa müxalif partiyalarla bir araya gəlməyin qarşısı alınırdı. Bu gün Milli Şurada fəaliyyət göstərən AXCP-yə məhz bu səbəbdən inam yoxdur. Çünki onun zamanında müxalifətə XƏYANƏT etdiyini ordakıların hamısı bilir. Bu biri tərəfdən aydın olur ki, sıravi cəbhəçilər səfalət içində zarıdıqları zaman,Əli Kərimli milyonlara sahib olub, böyük villa sahibi olub. Bütün bunlar isə xəyanətin bəhrəsi və ətrafındakı insanlara qeyri-səmimiliyin nümunəsidir.
Qorxunun udduğu
İsa Qəmbər
Milli Şuranın uğur qazana bilməməsinin bir səbəbi isə İsa Qəmbərin bu təşkilatda söz sahibi olmasıdır. İsa Qəmbər müxalifət düşərgəsində ən cəsarətsiz və öz maraqlarına görə müttəfiqlərini belə ayaq altına salmağa qadir sima kimi tanınır. Hələ 1998-ci ildə ilk dəfə bu keyfiyyətləri ortaya çıxdı. Əbülfəz Elçibəy müxalifətin vahid namizədi olmaq üçün açıqlama verdi.Amma İsa Qəmbər ayağa qalxaraq “siyasətdə müəllim tələbə söhbəti ola bilməz. Elçibəy müəllimim olsada prezidentliyə özüm namizəd olacağam”-bəyanatını verdi. Sonralar məlum olacaqdı ki, İsa Qəmbərin məhz bu mövqeyi müxalifət düşərgəsini bir dəfəlik hakimiyyətdən uzaqlaşdırdı. Növbəti mərhələlərdə isə hər zaman cəsarətsizliyə görə İsa Qəmbər orta mövqe tutdu və müxaliufətin bir araya gəlməsinə öldürücü zərbəsini vurdu. Bu gün isə Milli Şuradadır və Əli Kərimli XƏYANƏTİ, İsa Qəmbər QORXUSU gülməli bir mühit yaradıb. Bu mühiti elə müxaliuflərin özləridə görür və səmimiyyət günbə-gün yoxa çıxır. Səmimiyyətin itməsində əsas bürclərdən biri də Rəsul Quliyevdir.
Rəsul Quliyev nifrəti
Çox təzadlı başqa bir məqam isə budur ki, siyasi frəaliyyətə başladığı gündən indiyə qədər ənənəvi müxalifətə nifrət edən Rəsul Quliyev bu gün onlarla bir sıradadır. Həm də maraqlıdır ki, Rəsul Quliyev onların heç birinə inanmır və artıq məğlub olduqlarını bildirir. Bu gün əslinə qalanda Milli Şurada təmsil olunanlardan heç kim bir-birinə inanmır. Məsələn, Rəsul Quliyev iddia edir ki, Müsavat hakimiyyətlə iş birliyindədir və məqsədli şəkildə belə edirlər ki, məğlub olaq. Arif Hacılı iddia edir ki, Rəsul Quliyevi hakimiyyət danışdırır və məqsəd müxalifətdə inamsızlıq yaratmaqdır. Eldar Namazov hesab edir ki, Müsavat hakimiyyətin planlarını həyata keçirir. AXCP hesab edir ki, Eldar Namazov Rusiyanın planlarını həyata keçirir. İsa Qəmbər hesab edir ki, Lalə Şövkət Hacıyeva Moskvaya işləyir.Mirmahmud Mirəlioğlu hesab edir ki, Əli Kərimli xəyanətlərini etiraf edəndəın sonra səmimi əməkdaşlıqdan danışmaq olar. Beləliklə Milli Şurada təmsil olunan partiya sədrlərinin hamısı bir-birini xəyanətdə, satqınçılıqda ittiham edirlər. Belə olan halda xəyanətkarların birliyi hansı nəticə yarada bilərki?
İnsanafobiya bəlası
Mövcud olanları təhlil etsək ortaya belə bir məntiq çıxır-BU GÜN MÜXALİFƏT İNSANAFOBİYA BƏLASINA YOLUXUBLAR. Bu nə deməkdir? İnsanafobiya insanlara inanmamaq və çəkinməkdir. Gəlin müxalifətin durumunu bu baxımdan təhlil edək.Gördüyünüz kimi Milli Şurada təmsil olunan müxalifət liderlərinin hamısı bir-birindən ehtiyat edir. Bunun bir səbəbi zamanında özlərinin hansısa xəyanətin içində olmaları idisə, digər səbəbi də məhz insanafobiyadır. Məhz buna görə də müxalifətin sosial bazası formalaşmır. Çünki onlar məhz insanafobiyaya görə cəmiyyətdən kənarda durur və sanki cəmiyyətin onlar kimi düşünməməsi qorxusunu yaşayırlar. Elementar bir detala baxaq. Kiminsə fikrində bir fərq olursa anındaca həmin şəxs hədəfə alınır və o şəxsə hakimiyyətə satılmaqdan tutmuş, xəfiyyəçi olmağa qədər böhtanlar atılır. Çünki bu qorxunun yaratdığı ciddi fəsaddır. Uzağa getməyək bu günlərdə “ReAl” hərəkatının liderlərindən olan Erkin Qədirli müxalifətin son mitinqini tənqid etdi. Bundan dərhal sonra ona qarşı ciddi kompaniya başladı və onları müxalifətə zərbə vurmaqda ittiham etdilər. Halbu ki, iki həftə öncə Erkin Qədirlinin Londonda görüşlər keçirtməsinə görə az qala milli qəhran etmişdilər. Gördüyünüz kimi bir tənqidi fikrə görə bir insanı bir saniyyənin içində sıradan çıxartmağa belə qadirdilər. Bu isə bir daha sübut edir ki, müxalifət ciddi inamsızlıqla əhatələniblər və bu inamsızlığı sıradan çıxartmaq sadəcə mümkünsüzdür. Çünki bu məsələnin kökündə sadəcə olaraq SATQINÇILIQ VƏ XƏYANƏT durur.
Xəyanət psixologiyası
Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa,bu sistemli şəkildə davamlı olur və ətrafmühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət illərdi ki, eyni mühitdə qalıblar, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bunun qarşısını almaq sadəcə mümkünsüdür. Yəni bu yaşdan sonra nə İsa Qəmbəri, nə Əli Kərimlini, nədə Rəsul Quliyevi dəyişmək mümkün deyil. Ən böyük bəlalardan biri isə budur ki, ətraflarındakı şəxslər bunalara son ümid yeri kimi baxır və bu səbəbdən də həmin silamalarda reallığı əks etdirməyən xəyallar toplusu yaranır. Bu anlayışla məsələyə baxanda həm də bu liderlərdə şəxsiyyətin ikiləşməsi problermini görmüş oluruq. Birində xəyanət edib və bunu gizlətməyə çalışan lider, digər tərəfdən isə iddialarını hər gün böyüdən lider. Şəxsiyyətin ikiləşməsi isə istər-istəməz insanlarda aqressiyanı pik həddinə çatdırır. Bu gün müxaliflərin istər bir-birilərinə, istərsədə ətraf mühitə nifrət etmələrinin başlıca səbəbi də məhz budur.
Beləliklə çıxartdığımız nəticə budur ki, Azərbaycan müxalifəti çox təssüflər ki, müasir cəmiyyətlə ayaqlaşmaq imkanlarında deyillər və zaman-zaman etdikləri xəyanətin təsirindən çıxa bilmirlər. Yuxarıda da göstərdiyimiz və Dostoyevskinin təsvir etdiyi kimi cinayəti törədib, onun cəzasından qaçmaq mümkündür. Amma o cinayətin qorxusundan çıxmaq əsla mümkün deyil. Bu gün müxalifət cinayətinin, xəyanətinin qorxusu ilə baş-başa qalıb. Və bu qorxu o həddə açtıb ki, artıq qorxu insanların yaşam tərzinə çevrilib. Buna sadəcə olaraq bir söz demək olar-TƏSSÜF
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40