“Azercell”in müdhiş SMS qalmaqalı
09:41 29-09-2013
İQTİSADİYYAT
“Azercell”in müdhiş SMS qalmaqalı
Ölkənin ən iri mobil operatoru yenə ittiham hədəfində!
Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarla bağlı şikayətlərin, narazılıqların ard-arası kəsilmir. Xüsusilə ölkənin ən iri mobil operatoru, mobil rabitə bazarında faktiki inhisarçı mövqeyə malik olan Azercell-in müştərilərinin giley-güzarı bitmək bilmir.
Son günlər isə bum obil operatorla bağlı narazılıqlar daha da intensivləşib. Məsələn, Azercell-in müştəri aldatması ilə bağlı simsar.az-a məlumat daxil olub. Məlumat verən şəxs bildirir ki, Azercell-dən ona aşağıdakı məzmunda məktub gəlib: “Hörmətli abunəçi 30.09.2013 tarixinde Salam, Bolgem kampaniyası bitir”.
Ardınca isə: “Bölgelerde xüsusi tarifden yararlan! Hər tərəfə 1 deq=5 qep! Ustelik, sebekedexaili 3-cu deqiqeden sonra 0 qep. BOLGE yaz, 7575-e gonder. Etraflı www.azercell.com
Şikayətçi bu məzmunda məktub aldıqdan sonra, BOLGE yazıb, 7575-ə mesaj göndərib.
Azercell-in göndərdiyi cavab mesajı isə belə olub. “BOLGE tarifine qosuldunuz! Baki ve Abseron 1deq=10qep. Bolgeler 1deq=5qep ve 3-cu deq sonra pulsuz. Tarifde bezi kampaniyalar aktiv deyil. Etrafli: www.azercell.com”
Burada əsas məqam Azercell-in göndərdiyi mesajdakı yalançı reklamdır. Əgər bu məlumat Bakı və Abşeron ərazisindəkilərə şamil deyilsə, nə üçün göndərilən ilk mesajda bu barədə məlumat verilmir? Yoxsa operatorların dediyi kimi, Abşeron ərazisi Azərbaycan Respublikasının bölgəsi deyil?! Bəs nə yaxşı orta məktəb dərsliklərində bu öz əksini tapmır?!
Məsələ ilə bağlı Azercell-in mətbuat xidmətinə zəng edilsə də, 4967007 nömrəli telefonun dəstəyini qaldıranlar “Mətbuat xidməti burda deyil” cavabını veriblər.
Azercell-in operatoru isə Azərbaycan dili müəllimliyi etməyə çalışıb. Ancaq operatorları Azərbaycan dili müəllimliyi etməyə çalışan şirkət nədənsə mesajları Azərbaycan dilinin orfoqrafik və qrammatik qayda-qanununa uyğun yazmağı bacarmır.
Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə müraciə edilsə də, buradan yazılı sorğu istəyiblər. Əslində bunu nazirlikdəkilər də yaxşı bilir. Ancaq tədbir görmək lazım gələndə sakitcə yerlərində otururlar.
Müştərinin “mənə reklam tipli mesaj göndərməyin, yoxsa sizi məhkəməyə verəcəm” - sözlərinin da cavabı gecikməyib. Azercell növbəti mesajını göndərib.
“Siz Viktorinada istirak ucun secildiniz. Gundelik 100 AZN, heftelik 500 AZN, ayliq 5000 AZN ve final hediyye VW Tiguan! Ele indi DAV yazib 7500 gonderin”.
Bu dəfə də də 7500-a göndərləcək mesajın qiyməti öz əksini tapmayıb.
Qeyd edək ki, Azərbacaycan Respublikasının “Reklam haqqında qanunda” “Aldadıcı reklamdan istifadə”yə görə məsuliyyətə cəlb olunma var. Ancaq bunu kimə deyəsən?..
Azercell bu yollarla müştərilərini soymaqla məşğul olur. 7575-ə göndərilən hər mesaj üçün 3-qəpik tutulur. Digər nömrələrə göndərilən mesajlardan isə daha çox pul tutulur. Bu sizə xırda görünə bilər. Ancaq Azərbaycanda 4 milyon müştəridən oğurlanan qəpiklər heç də az pul deyil. Xatırladaq ki, bundan öncə də gənc yazar Əhməd Şahidov Azercell-in internet fırıldağının üstünü açsa da şirkət heç bir cavab verə bilməyib.
Belə görünür ki, Azercell-in timsalında hələ də ölkənin mobil operatorları vətəndaşları soymaq siyasətindən əl çəkmirlər. Onlar müştərilərinin hesabına “qaz vurub qazan doldurur”, əlaqədar dövlət qurumları isə mətbuat səhifələrindən düşməyən şikayət və narazılıqlarla bağlı lazımi addımların atılmasında ya tənbəllik edirlər, ya da bu, onların özlərinə də sərf eləmir.
Asər
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28