Ermənistan təxribata başladı
09:44 29-09-2013
İQTİSADİYYAT
Ermənistan təxribata başladı
Hərbi təlimlərə start verildi
Ermənistan cəbhə bölgəsində təxribatlar həyata keçirtmək üçün tam hazır vəziyyətdədir. Hələ bir neçə ay öncə vitse-spiker Ziyafət Əsgərov bəyan etmişdi ki, seçkilər ərəfəsində Ermənistanın təxribat törətməyə cəhd edəcəkləri ilə bağlı əllərində faktlar var. İndi isə deyəsən Ermənistan tərəfi hərəkətə keçib.
Belə ki, gözlənilmədən Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir. Ağdam rayonun ermənilərin işğalı altında olan "Şahbulaq" və "Uzundərə" adlanan ərazilərində güclü partlayış səsləri eşidilir.İlkin ehtimala görə, Ermənistan Silahlı Qüvvələri hər il intensiv həyata keçirdikləri hərbi təlimləri davam etdirirlər. İşğalçılar təlimlərdə ağır texnika, iriçaplı silah və artilleriyadan istifadə edirlər.Partlayış səsləri Ağcabədi, Bərdə və Tərtər rayonlarının Ağdama yaxın yaşayış məntəqələrində də eşidilir.Bununla yanaşı qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Air Arsakh" aviaşirkəti mülkiyyətində olan iki təyyarənin heyətinin Xocalı aeroprtunda təlimlərini həyata keçirir. Texniki uçuşlar Xocalı aeroportu çətin dağlıq şəraitdə yerləşdiyinə görə həyata keçirilir. Bununla bağlı məlumatda deyilir ki, əgər Sovet dövründə təyyarələr uçuş zolağına Ağdam istiqamətində, yəni Şərqdən eniş edirdisə, hazırda Qərb istiqamətində eniş həyata keçirilir. Bunun Azərbaycanın Hərbi Hava Qüvvələri tərəfindən hücum riskinin azaldılması məqsədilə edildiyi bildirilir. Aeroportun ətrafındakı relyefi dəyişmək üçün geniş torpaq işlərinin görüldüyü də məlumatlar arasındadır. Həyata keçirilən işlərin intensivliyi aeroportun tezliklə açılacağından xəbər verir.Bunu da xatırladaq ki, ermənilər məhz Azərbaycanda seçkilər keçirilən günü ilk uçuşu həyata keçirtmək istəyirlər. Belə bir addımın atılması isə açıq-aşkar təxribatdır. Hətta ehtimal olunur ki, məhz bu amilə görə seçkilər təxirədə salına bilər. Çünki Azərbaycanda keçirilən 18 mart 2009-cu il tarixli referendumda Konstitusiyaya dəyişiklik edilib. Konstitusiyanın 84-cü maddəsinə parlament, 101-ci maddəsinə isə prezident seçkiləri ilə bağlı əlavələr edilib. Bu dəyişikliyə görə, hərbi əməliyyatların aparılması prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə ölkə başçısının prezidentlik müddəti əməliyyatlar bitənədək uzadılır. Ekspertlər hesab edir ki, Azərbaycan tərəfi öncədən bəyan etmişdi ki, təyyarə qalxarsa gücdən istifadə olunacaq və təyyarə vurulacaq. Təyyarənin vurulması isə avtomatik hərbi müdaxilənin olması kimi dəyərləndirilkəcək və konstitusiyaya görə seçkilər dərhal dayandırıla bilinər. Ekspertlər bunu da deyir ki, Ermənistan belə riskli addıma həm gedə bilər həm də yox. Nəyə görə? İlk növbədə ona görə belə bir addım ata bilərlər ki, seçkilərdən sonra Azərbaycan Dağlıq Qarabağ məsələsinin üstünə daha açıq şəkildə gedəcək və Ermənistana təzyiqləri artıracaq. Bundan başqa Ermənistan hazırda iqtisadi blokadadır və demək olar ki, hər gün əhalinin social vəziyyəti daha da ağırlaşır. Nəticədə ölkədə güclü müxalifət formalaşıb və cəmiyyət hakimiyyətdən narazıdır. Belə bir məqamda Ermənistan hakimiyyəti diqqəti yayındırmaq üçün qısa müddətli müharibə taktikasından yararlana bilər.Bundan başqa Ermənistan həm də Rusiyaya güvənir və bu güvəncə görə hansısa addımlar atıla bilinər. Digər tərəfdən isə beynəlxalq təşkilatlarda uçuşlarla bağlı yekdil rəyə gəlməyiblər ve hesab edilir ki, Ermənistanın bu təxribatçı addımı birmənalı qarşılanmayacaq. Hətta buna görə Ermənistana sanksiyalarda tətbiq oluna bilər. Çünki müharibəni başlamış tərəf Ermənistan sayılacaq. Ekspertlər həm də hesab edir ki, Ermənistan ona görə risk edib bu uçuşları həyata keçirtməyəcək ki, Azərbaycanın kifayət qədər hərbi gücü var. O ki, qaldı Rusiyanın dəstəyinə, sir deyil ki, belə vəziyyət yaranarsa Türkiyədə proseslərə qatılacaq. Bu isə bütövlükdə regionun təhlükəyə salınması deməkdir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28