Beynəlxalq müşahidəçilər hərəkətə keçdi
11:50 01-10-2013
İQTİSADİYYAT
Beynəlxalq müşahidəçilər hərəkətə keçdi
Nəticələrin demokratik olacağı gözlənilir
Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının birinci iş günündə qurumun sədri Jan-Klod Minyon jurnalistlər üçün ənənəvi brifinq keçirib.J. K. Minyon Azərbaycanda keçiriləcək prezident seçkiləri və assambleyanın Dağlıq Qarabağ üzrə alt komitəsində bu sessiya ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib-keçirilməyəcəyinə dair suallarını cavablandırıb.
AŞPA rəhbəri seçki mövzusunda ünvanlanan suala belə cavab verib: "Bildiyiniz kimi, bu yaxınlarda assambleyamız gələn həftə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıya özünün seçkiöncəsi müşahidə missiyasını göndərmişdi. Hesab edirəm ki, bu missiyanın səfəri tam uyğun bir şəkildə keçdi. Bu gün səhər missiyanın rəhbəri Robert Valter bu səfərlə bağlı öz hesabatını təqdim etdi və biz də lazım olan qeydləri nəzərə aldıq. Bundan başqa, missiyanın Bakıda verdiyi bəyanatı da nəzərdən keçirmişik. Eyni zamanda Azərbaycandakı seçkilərin uyğun bir şəkildə keçirilib-keçirilməyəcəyini müşahidə etmək məqsədilə assambleya yaxın günlərdə yenidən öz seçki missiyasını Bakıya yollayacaq. Ümumi olaraq, seçkilərin uyğun şəkildə keçiriləcəyini düşünürəm".Bunu da qeyd edək ki, AŞPA ilə yanaşı Avropa İttifaqı, ATƏT və MDB müşahidəçiləri də prosesə cəlb olunub. Bu günə qədər verilən hesabatların təhlili sübut edir ki, ümumilikdə seçkilərin hazırkı durumu qənaətbəxş hesab edilir. Amma ATƏT-in hesabatında kifayət qədər ziddiyətli məqamlar var idi və buna hakimiyyət sərt reaksiya verdi. Çünki bu hesabatlar növbəti hesabatlara təsir göstərir və bunun cavabı verilməzsə,daha sərt hesabatlarla üz-üzə qala bilərik. Bunu da qeyd edək ki, hazırda erməni lobbisi bütün gücünü səfərbər edib ki, Azərbaycanda keçirilən seçkilərin nəticələri haqqında xoş olmayan rəy verilsin. Çünki bu rəy gələcəkdə Dağlıq Qarabağ probleminin həllində çətinliklər yarada bilər. Bundan başqa MDB ölkələrinin müşahidəçilərinin də hesabatı maraqlı oldu. Belə ki, verilən açıqlamalarda seçkiöncəsi durum müsbət dəyərləndirilib,efirdə namizədlər üçün eyni şəraitin yaradıldığı, mitinq keçirtmək üçün isə problemin olmadığı göstərilib. Həqiqətən də bu günə qədər prezidentliyə namizədlərin əhali ilə görüşməsinə heç bir əngəl yaradılmayıb. Təkcə Milli Şuranın namizədi Cəmil Həsənli Bakıda açıq havada iki görüş keçirib və heç bir problem yaradılmayıb. Bundan başqa prezidentliyə namizədlərin şəkillərinin vurulmasıda qaydasında gedir. Ekspertlər hesab edir ki, seçkilər bu şəkildə də davam edərsə beynəlxalq təşkilatlar prezident seçkilərinin nəticələrini demokratik seçki olaraq qəbul edəcəklər. Elə bu günlərdə prezident İlham Əliyevin Avropa Birliyinin seçkilər üzrə qrupunun rəhbərini qəbul edəndə bu cür bəyanatın şahidi olduq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28