NATO ilə yeni hərbi əməkdaşlıq
11:52 01-10-2013
CƏMİYYƏT
NATO ilə yeni hərbi əməkdaşlıq
Qərb Azərbaycana dəstək olacaq
NATO Bakıda təlim kursu təşkil edəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.Oktyabrın 1-dən 4-dək Bakıda "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçiriləcək.
Təlim kursu NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil ediləcək.Bundan əlavə, Azərbaycan hərbçiləri oktyabr ayı ərzində NATO-nun bir sıra tədbirlərində iştirak edəcəklər. Azərbaycan hərbçilərindən ibarət qrup oktyabrın 2-3-də Qazaxıstanda, Almatı şəhərində keçiriləcək "Əməliyyat imkanları konsepsiyası/qiymətləndirmə və rəy proqramı" üzrə illik konfransında iştirak edəcək.Zabitlərimiz 07-11 oktyabr tarixlərində Almaniyanın Oberamerqau şəhərində keçiriləcək "NATO qərargah zabitləri üçün tanışlıq" kursuna, eyni tarixdə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək "Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq" kursuna, oktyabrın 8-dən 17-dək Polşanın paytaxtı Varşavada "NATO daxilində standartlaşdırma" kursu, oktyabrın 14-dən 18-dək isə İsveçrənin Cenevrə şəhərində keçiriləcək "Hərbi-mülki əməkdaşlıq / döyüş sursatının təhlükəsizliyi və ehtiyatların idarəolunması" kursuna da qatılacaqlar. Bunu da qeyd edək ki, bir müddət öncəyə qədər NATO ilə əməkdaşlıqda problemlər yaranmışdı və bir ildən çox heç bir təlim keçirilmədi. İndi isə yenidən təlimlərə start verildi. Müşahidəçilərin fikrincə bu təlimlərin bir sıra ciddi səbəbləri var. İlk səbəb budur ki, son iki il ərzində Rusiya Ermənistanı ciddi şəkildə silahlandırmağa başladı və Ermənistanla birlikdə hərbi təlimlər təşkil edildi. Bu gün isə Azərbaycanın NATO ilə təlimlərə başlaması buna bir cavab kimi dəyərləndirilməlidir. Bundan başqa Azərbaycan NATO hərbi sisteminə keçid edir və bu təlimlər NATO standartlarına keçidi sürətləndirir. Ekspertlər həmçinin düşünürlər ki, bu təlimlərin bir siyasi mənası var ki, buda Azərbaycanın tam olaraq qərbə yönəli xətt tutmasına işarədir. Bunu da qeyd edək ki, qərblə Azərbaycan münasibətləri nə qədər istiləşirsə, qərblə Ermənistan münasibətləri bir o qədər soyuyur. Bunun isə başlıca səbəbi Ermənistanın Gömürük İttifaqına üzv olmasını bəyan etməsidir. Belə ki, qərb, Avropa Birliyi bəyanatla çıxış edərək bildirmişdilər ki, belə bir ittifaqın yaradılması SSRİ-in bərpası deməkdir və bu baxımdan possovet ölkələrinə bu ittifaqa qoşulmamaq tövsiyyə olunmuşdu. Avropa İttifaqıda bəyan etmişdi ki, bu ittifaqa üzv olan dövlətlərin qərblə münasibətlərinə yenidən baxılacaq. Amma Ermənistan bunlara məhəl qoymyaraq Rusiyanın yanında durmağa üstünlük verdi. Nəticədə Avropa İttifaqı Ermənistanla başlatdığı bir sıra layihələri dayandırdı. Ekspertlər hesab edir ki, yaxın vaxtlarda Avropa İttifaqı və Avropa Birliyi Ermənistanla bir sıra məsələlərdə ki, əməkdaşlığını da dayandıracaq. Bunun qarşılığında isə Azərbaycana diqqəti daha da artıracaqlar. Çünki bu günlərdə Ukraynada bəyan etdi ki, Gömürük İttifaqının bir sıra layihələrinə qoşulacaqlar. Belə olan halda yalnız iki dövlət prosesdən kənarda qalacaq.Bunlardan biri Azərbaycan digəri isə Gürcüstandır. Müşahidəçilər hesab edir ki, əslində Gürcüstan Azərbaycandan aslı vəziyyətdədir. Əgər azərbaycan bu ittifaqa daxil olarsa Gürcüstan avtomatik olaraq bu birliyə qoşulmalı olacaq. Bunu nəzərə alan qərb və NATO bu baxımdan bütün gücü ilə Azərbaycana dəstək olmağa çalışır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12