Suriya BMT-nin qərarına riayət edəcək
11:56 01-10-2013
CƏMİYYƏT
Suriya BMT-nin qərarına riayət edəcək
Bəşər Əsəd: "Kimyəvi silahların qadağan edilməsi əslində bizim istədiyimiz bir qərardır"
Kimyəvi silahları məhv etmək bizim niyyətimiz idi". Bu sözləri Suriya prezidenti Bəşər Əsəd İtaliya televiziyası "Rai News 24"ə müsahibəsində deyib. Əsəd BMT-də Suriya silahlarının zərərsizləşdirilməsiə dair qəbul edilən qətnaməni qiymətləndirib.
O, BMT bu qərarı verməmişdən öncə, özləri kimyəvi silahların əldə edilməsi və istifadəsini qadağan edən razılaşmanı imzalayıblar. 2003-cü ildə BMT Təhlükəsizlik Şurası Yaxın Şərqi bu tip silahlardan təmizlənməsini məsləhət görmüşdü. Bizim bütün bu şərtlərə əməl etməyimiz gərəkdiyi açıqdır. Bu əslində bizim istədiyimiz bir şeydir. Qərarla bağlı deyil. Doğurdanda bu bizim niyyətimiz idi".
Əsəd Suriyanın BMT-nin qərarına riayət edəcəyini də deyib.
"Rusiya tam zəmanət verib ki, Suriyaya qarşı aparılan istənilən müharibədə bizim tərəfimizdə çıxış edəcək". Bu sözləri isə Bəşər Əsəd Livanın "Əl-Axbar" qəzetinə müsahibəsində deyib.
Suriya dövlət başçısı Rusiya ilə əməkdaşlıq və koordinasiya səviyyəsini "görünməmiş" adlandırıb. Suriya prezidenti həmçinin ölkəsinin kimya silah arsenalını məhv etmək qərarına da aydınlıq gətirib. Suriyanın kimyəvi silah istehsalına 1980-ci illərin əvvəllərindən başladığını deyən B.Əsəd həmin silahların artıq nüvə silahına malik olan İsrailə qarşı öz funksiyasını yerinə yetirmədiyini söyləyib. O, həmçinin Suriyanın silah anbarlarında daha mükəmməl və mürəkkəb silahların olduğunu və istənilən an istifadə edilə biləcəyini vurğulayıb.
Əsəd qeyd edib ki, ABŞ və Qərbi qətiyyən Suriyada kimyəvi silahlar maraqlandırmır. "Onların hədəfi regiondakı strateji balansı öz xeyrinə dəyişmək idi", - deyən Suriya prezidenti ölkəsindəki vətəndaş müharibəsinə görə İsraili ittiham edib. Yəhudi dövlətini Suriyanın əsas strateji düşməni adlandıran Əsəd əlavə edib ki, İsrail vəziyyətdən yararlanaraq ABŞ tərəfindən dəstəklənən üsyançı islam qruplaşmalarını vətəndaş müharibəsinə cəlb etməyə çalışıb.
Öz növbəsində isə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti ilə "Böyük İyirmilər"in sammitində görüşündən sonra kimyəvi silahları beynəlxalq nəzarətə götürmək və dünyada bütün kimyəvi silahları məhv etmək istəyi ilə çıxış edib. Bu barədə "Kommersant"a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Moskva Suriyada kimyəvi silahın ləğv edilməsi üçün maliyyə məsələlərində iştirak edə bilər. Silahların harada və necə məhv ediləcəyi ilə mütəxəssislər məşğul olacaq. Lavrovun sözlərinə görə, Rusiya BMT Baş katibi tərəfindən təklif olunan təftiş komissiyasında mütləq iştirak edəcək.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası, iki həftəlik intensiv məsləhətləşmələrdən sonra Suriyada ehtiyatda olan kimyəvi silahın zərərsizləşdirilməsi və aradan qaldırılması ilə bağlı planı dəstəkləməsi ilə bağlı qərar qəbul edib.
Bu arada məlum olub ki, Livan ordusu əhalini silahlıların hücumundan qorumaq üçün Suriya ilə sərhəddə yerləşən Bəəlbəy şəhərinə əlavə hissələr cəlb edir. Qeyd edək ki, Bəəlbəy şəhərinin mərkəzindəki nəzarət-buraxılış məntəqəsi sentyabrın 28-də radikal islamçılardan ibarət silahlı dəstələrin hücumuna məruz qalıb. Bu barədə "RİA Novosti"yə şəhərin meri Həmid Həsən bildirib.
"Hazırda qoşunlar şəhərə artıq daxil olmasına baxmayaq, şəhərin bir sıra rayonlarında toqquşmalar hələ də davam edir. Bəəlbəy şəhərinin müdafiəsi üçün fövqəladə qərargah yaradılıb", deyə Həmid Həsən bildirib.
Merin sözlərinə görə, yerli qanunsuz silahlı dəstələrin üzvlərinin və Suriya müxalifətinin döyüşçülərinin daxil olduğu dəstə Livanın "Hizbullah" hərəkatının şəhərin mərkəzindəki postuna hücum edib. Toqquşmada azı üç nəfərin öldüyü bildirilir, yaralıların sayı dəqiqləşdirilir. Şahidlərin sözlərinə görə, hücum edənlər avtomat, qumbaraatan və pulemyotlarla silahlanıb.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12