Seçkidən sonrakı planlar
11:15 02-10-2013
İQTİSADİYYAT
Seçkidən sonrakı planlar
Müxalifət hakimiyyəti şantaj etməyə çalışır
Artıq seçkilərin taleyi demək olar ki, həll olunub. Belə ki, müxalifət Milli Şura yaradıb vahid namizəd müəyyənləşdirsədə Rüstəm İbrahimbəyovun ölkəyə gəlməkdən imtina etməsindən sonra çıxılmaz durum yarandı. Nəticədə məcbur qalaraq vahid namizədi dəyişərək bu dəfə Cəmil Həsənlinin üzərində dayandılar. Amma vaxt azlığı səbəbindən, həmçinin Cəmil Həsənlinin siyasi proseslərdən kənarda qalması səbəbindən demək olar ki, yetərli qədər tanına bilmədi.
Buna görə də hazırda müxalifətin namizədini demək olar ki, ölkə əhalisinin çox az bir hissəsi tanıyır. Buda o deməkdir ki, hazırkı prezident İlham Əliyev heç bir çətinlik çəkmədən qalib gələcək. Amma müxalifətdə boş durmaq niyyətində deyil. Belə ki, müxalifət hazırda bütün imkanlarını səfərbər edib ki, seçkilərdən sonra bir tərəfdən ajotaj yaratsın, bu biri tərəfdən isə beynəlxalq təşkilatların vasitəsi ilə seçkilərin qeyri-demokratik keçməsi rəyini formalaşdırsınlar. Maraqlıdır, bəs müxalifətin buna gücü çatacaqmı? Gəlin öncəliklə bu məsələ ilə bağlı Baş prokuror Zakir Qaralovun dediklərinə diqqət ayıraq: “Onu bildirmək istəyirəm ki, bu gün seçki prosesi davam edir. Bütün namizədlər üçün lazımi şərait yaradılıb. İstənilən namizəd seçicilərlə görüşür. Əflan İbrahimovun ərizəsindən və təqdim etdiyi bəzi sənədlərdən görünür ki, Milli Şura tərəfindən seçki öncəsi və seçkidən sonra bəzi qanunazidd hərəkətlərin planlaşdırılması nəzərdə tutulur. Biz də bu araşdırmanı çox ciddi şəkildə davam etdiririk. Hamı bilməlidir ki, hər hansı qanunsuz hərəkət baş versə, qanunun gücü ilə onun qarşısı alınacaq”.Xatırladaq ki, Əflan İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.Ekspertlər hesab edir ki, müxalifət mövcudluğunu qorumaq və cəmiyyətdə öz yerini saxlamaq üçün mütləq müxtəlif addımlar atacaq. Bu addımlardan biri ölkədə qanunsuz aksiyalar keçirtmək olacaq. Çünki qanunsuz aksiyanın qarşısı alınacaq və bu zaman sözsüz ki, toqquşma baş verəcək. Seçki zamanı olduğundan dünya mətbuatının diqqət mərkəzində olan Azərbaycanda baş verənlərdə tirajlanacaq. Müxalifətin əsas niyyəti də məhz budur. Bundan başqa, ekspertlər hesab edir ki, müxalifət çalışacaq ki, müəyyən beynəlxalq təşkilatlarında marağını cəlb etmək üçün oturaq aksiyalara start versin. Buda sözsüz ki, vəziyyəti mürəkkəbləşdirəcək. Bəs, hakimiyyət bunun qarşılığında hansı addımlar ata bilər? Baş prokurorun açıqlamasından aydın olur ki, proseslər tam olaraq hakimiyyətin nəzarətindədir və sözsüz ki, ola biləcək təxribatların forması və mahiyyəti öyrənilir. Müşahidəçilər hesab edir ki, hakimiyyət heç bir halda müxalifətə güzəştə getməyəcək və seçkilər sona çatandan sonra hətta müəyyən həbslərdə reallaşdırılacaq. Çünki ortada konkret faktların olduğu söylənilir. Sadəcə seçkiöncəsi həbslərin olması məqsədəuyğun hesab edilmir. Bunu da qeyd edək ki, müxalifət indinin özündə kifayət qədər qanun pozuntularına yol verirlər və hakimiyyəti sözün həqiqi mənasında az qala şantaj edirlər. Bu şantajların cavabı isə seçkilərdən sonra mütləq veriləcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-29 12:34:39
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34